...

"Fənərbağça" doğma meydanda böyükhesablı qələbə qazanıb - Türkiyə Superliqası

İdman Materials 18 Mart 2026 01:35 (UTC +04:00)
"Fənərbağça" doğma meydanda böyükhesablı qələbə qazanıb - Türkiyə Superliqası

Bakı. Trend:

Futbol üzrə Türkiyə Superliqasında XXVII tura start verilib.

Trend-in məlumatına görə, açılış oyununda "Fənərbağça" evdə "Qaziantepspor"la qarşılaşıb. İstanbul təmsilçisi böyükhesablı qələbə qazanıb - 4:1.

Ev sahibi komandanın heyətində Dorjeles Nene het-trik edib, digər qolun müəllifi Nqolo Kante olub. Qonaqlardan isə Aleksandru Maksim fərqlənib.

Qeyd edək ki, bu nəticədən sonra xallarını 60-a çatdıran "Fənərbağça" 2-ci pillədə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti