Bakı. Trend:
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsusi 6 saylı əsas aviasiya bazasına təhkim olunmuş iki F-16 qırıcısı NATO-nun hava məkanında planlı hərbi təlimlərdə işitrak ediblər.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Hava manevrləri NATO-nun hava müdafiəsinin gücləndirilməsi məqsədilə Birləşmiş Hərbi-Hava Qüvvələri Komandanlığının rəhbərliyi altında keçirilən “Çevik çəkindirmə” əməliyyatı çərçivəsində baş tutub.
Türkiyənin Hərbi Hava Qüvvələrinin inventarında müxtəlif mənbələrə görə təxminən 230–270 ədəd F-16 qırıcı təyyarəsi mövcuddur və bu, onu NATO daxilində ABŞ-dən sonra ən böyük F-16 operatorlarından birinə çevirir. Türkiyə F-16-larla NATO əməliyyat və təlimlərində 1990-cı illərdən iştirak edir.
