Bakı. Trend:
Dünyanın 170-dən çox ölkəsində qeyd olunan və uşaqların,
gənclərin erkən yaşlarından maliyyə biliklərinə yiyələnməsini
hədəfləyən "Qlobal Pul Həftəsi" (Global Money Week 2026)
Azərbaycanda da start götürüb. İqtisadi Əməkdaşlıq və İnkişaf
Təşkilatının (OECD) rəhbərliyi ilə keçirilən bu beynəlxalq
kampaniyaya "Yelo Bank" "Yelo Finance Talks" layihəsi ilə aktiv
dəstək verir.
Martın 22-dək davam edəcək "Puldan danışaq!" devizli kampaniya
çərçivəsində bank artıq ilk təlimlərini uğurla reallaşdırıb.
Layihənin ilkin mərhələsində universitet tələbələri və gənc
mütəxəssislərlə görüş keçirilib. "Yelo Bank"ın daxili
təlimçilərinin rəhbərliyi ilə baş tutan müzakirələrdə büdcənin
idarə olunması, investisiyanın əsasları, rəqəmsal bankçılıq və
maliyyə risklərindən qorunma yolları kimi aktual mövzular ətraflı
təhlil edilib.
"Yelo Finance Talks" layihəsinin növbəti dayanacağı isə məktəblilər
olub. Bankın baş ofisində qonaq olan əməkdaşların övladları üçün
təşkil edilən təlim maraqlı oyunlar və interaktiv müzakirələrlə
yadda qalıb. Kiçik mütəxəssislər pulun yaranma tarixi, istək və
ehtiyacların fərqi, həmçinin büdcənin ağıllı planlanması kimi vacib
bilikləri sadə və əyləncəli yolla mənimsəyiblər. Təlimdə həmçinin
rəqəmsal dünyada maliyyə fırıldaqçılarından qorunma yolları da
uşaqlara izah edilib.
"Yelo Bank" gənc nəslin daha düzgün maliyyə qərarları verməsinə
kömək etmək və cəmiyyətdə iqtisadi biliklərin səviyyəsini artırmaq
üçün bu cür maarifləndirici təşəbbüsləri daim diqqət mərkəzində
saxlayır. Qeyd edək ki, 2012-ci ildən bəri keçirilən Qlobal Pul
Həftəsi bu günədək dünya üzrə 71 milyondan çox gənci əhatə edərək
onların parlaq gələcəyi üçün mühüm təməl rolunu oynayıb.
Bank xidmətləri, o cümlədən depozit faizleri
haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və
ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!