...

“Qırmızı Körpü” gömrük postunda külli miqdarda dərman preparatları aşkar edilib

Gündəm Materials 18 Mart 2026 15:26 (UTC +04:00)
“Qırmızı Körpü” gömrük postunda külli miqdarda dərman preparatları aşkar edilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

“Qırmızı Körpü” gömrük postunda Türkiyə Respublikasından gələn yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda gömrük nəzarətindən gizlədilən, gömrük orqanına bəyan olunmayan 10449 konvalyut, 1269 qutu, 848 flakon və 68 ədəd iynə olmaqla müxtəlif adda külli miqdarda dərman preparatları aşkar olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti