Bakı. Trend:
Cari ilin yanvar–fevral aylarında Azərbaycanda 4,343 milyon ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil olunub.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 136 min ton və ya 3,03 faiz azdır.
Hesabat dövründə xam neft hasilatının ümumi həcmindən 4,332 milyon tonu əmtəəlik xam neftin payına düşüb ki, bu da əvvəlki ilin göstəricisi ilə müqayisədə 136 min ton və ya 3% azdır.
Ümumilikdə, hasilat sənayesində istehsalın ümumi həcmi 5,2 milyard manat təşkil edib və bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3% çoxdur
