...

Son iki ayda Azərbaycandan Çexiyaya ixrac olunan neftin həcmi açıqlanıb

Energetika Materials 18 Mart 2026 17:07 (UTC +04:00)
Son iki ayda Azərbaycandan Çexiyaya ixrac olunan neftin həcmi açıqlanıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Çexiyaya 83,9 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunmuş 169,8 min ton xam neft və neft məhsulları ixrac olunub

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.

Məlumata əsasən, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 140,1 milyon ABŞ dolları və ya 2,7 dəfə, həcm baxımından isə 240,4 min ton və ya 2,4 dəfə azdır.

Ötən ilin yanvar-fevral aylarında Azərbaycandan Çexiyaya 224 milyon dollar dəyərində 410,2 min ton neft və neft məhsulları ixrac olunmuşdu.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə ticarət əməliyyatlarını 6,264 milyard ABŞ dolları məbləğində həyata keçirib. Bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 2,64 milyard dollar və ya 29,6% azdır.

Xarici ticarətin ümumi həcmindən 3,665 milyard dolları ixrac, 2,599 milyard dolları isə idxal təşkil edib. Son bir il ərzində ixrac 1,102 milyard dollar və ya 23% azalıb, idxal isə 1,539 milyard dollar və ya 37,2% azalıb.

Nəticədə, xarici ticarət 933,6 milyon dollar müsbət saldo ilə yekunlaşıb ki, bu da ötən illə müqayisədə 52,4 milyon dollar və ya 5,3% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti