...

Laricaninin ölümünün sistemə heç bir təsiri olmayacaq - Əraqçi

Dünya xəbərləri Materials 18 Mart 2026 11:29 (UTC +04:00)
Laricaninin ölümünün sistemə heç bir təsiri olmayacaq - Əraqçi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin Ali Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ölümü ilə bağlı xəbəri şərh edib.

Trend xəbər verir ki, iranlı diplomat “Al-Jazeera” telekanalına verdiyi müsahibədə Laricaninin ölümünün İrandakı sabitliyə heç bir təsir göstərməyəcəyini vurğulayıb.

“İran İslam Respublikası formalaşmış siyasi, iqtisadi, ictimai institutları olan möhmkəm və dayanıqlı siyasi sistemə mlaikdir. Hər hansı ayrı fərdin olub-olmaması bu strukturu sarsıda bilməz”, -deyə o müsahibədə bildirib.

Əraqçi vurğulayıb ki, sistemdə ən vacib fiqur ölkənin Ali Lideridir, ancaq onun ölümündən sonra belə sistem normal fəaliyyətini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti