Bakı. Trend:
Türkiyə Adanada ölkə ərazisini potensial hava hücumlarından qorumaq üçün “Patriot” hava hücumundan müdafiə sistemi yerləşdirir.
Trend xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sistem Almaniyadakı NATO Hava Komandanlığı (AIRCOR) tərəfindən əlavə olaraq Adanaya göndərilir.
Qeyd olunur ki, Türkiyə bundan əvvəl Malatyada da “Patriot” sistemini ölkənin hava məkanını qorumaq üçün yerləşdirmişdi.
Xatırladaq ki, İrandan Türkiyə hava məkanına daxil olan üç raket NATO qüvvələri tərəfindən zərərsizləşdirilib.
