Bakı.Trend:
Cəlilabadda avtomobillər toqquşub.
Trend-in məlumatına görə, hadisə martın 17-si baş verib.
Belə ki, 31.08.1995-ci il təvəllüdlü Əliyev Səbran Əskər oğlu idarə etdiyi “Kia Rio” markalı avtomobillə hərəkətdə olarkən qarşı hərəkət zolağında hərəkət edən 31.10.1995-ci il təvəllüdlü Quliyev Kamran Seymur oğlunun idarə etdiyi “Changan A06” markalı avtomobillə toqquşub.
Toqquşma nəticəsində “Changan A06” markalı avtomobildə sərnişin qismində əyləşmiş 18.11.1991-ci il təvəllüdlü Bəşirov Xəyal Yadulla oğlu müxtəlif bədən xəsarətləri alıb, daha sonra aldığı xəsarətlər nəticəsində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.
Fakta görə cinayət işi başlanılıb.
