...

İsrail ordusu iranlı naziri hədəfə alıb

Dünya xəbərləri Materials 18 Mart 2026 12:45 (UTC +04:00)
İsrail ordusu iranlı naziri hədəfə alıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri (IDF) ötən gecə İranın paytaxtı Tehrana endirilən hava zərbələrinin birində ölkənin təhlükəsizlik və kəşfiyyat naziri İsmayıl Xətibi hədəfə alıb.

Trend “Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə IDF-in mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl Londonda mərkəzləşmiş “Iran İnternational” nəşri aviazərbə barədə məlumat xəbər vermişdi. Ardınca isə adı açıqlanmayan İsrail rəsmisi xəbəri təsdiqləmişdi.

Aviahücumun təfərrüatları barədə açıqlama verilmir.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğu bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti