...

"Fənərbaxça" "Yuventus"un hücumçusu üçün hərəkətə keçdi

İdman Materials 18 Mart 2026 12:56 (UTC +04:00)
"Fənərbaxça" "Yuventus"un hücumçusu üçün hərəkətə keçdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Fənərbaxça” yeni mövsüm üçün heyətini daha yüksək səviyyəli forvardla gücləndirmək istəyir.

Trend Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Yuventus”un hücumçusu Duşan Vlahoviçlə maraqlanır.

Türkiyə klubunun rəhbərliyi hazırda serb futbolçunun agenti ilə danışıqlar aparır. Vlahoviçin “Yuventus”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Onun “Fənərbaxça”ya keçib-keçməyəcəyi mövsümün sonunda bəlli olacaq. Çünki forvarda bir çox ölkə klublarından cəlbedici təkliflər var.

Duşan “Partizan” və “Fiorentina”da oynadıqdan sonra 2022-ci ildə Turin klubuna keçmişdi.

Xəbər lenti

Xəbər lenti