Bakı.Trend:
Yaxın Şərq münaqişəsinin davam etdiyi bir vaxtda İsrail Hava Qüvvələri gecə saatlarında həyata keçirilən aviareydlərdə Tehranda yerləşən bir sıra strateji əhəmiyyətli obyektlərə, o cümlədən İran ordusuna aid hərbi qərargaha zərbələr endirib.
Trend “Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
İsrail Müdafiə Qüvvələri (IDF) bildirir ki, hədəflər arasında İslam İnqilabı Keşikçiləri Korpusunun etirazların idarə olunmasına cavabdeh olan təhlükəsizlik bölməsinin qərargahı, daxili təhlükəsizlik qüvvələrinin texniki xidmət mərkəzi və İranın ballistik raket qüvvələrinin qərargahı olub.
Hərbi qurumun məlumatına görə, zərbə dalğası zamanı İranın bir neçə hava hücumundan müdafiə sistemi də vurulub. Bu addımın məqsədi “Hərbi Hava Qüvvələrinin İran səması üzərində hava üstünlüyünü genişləndirmək” olub.
