...

İranda ilaxır çərşənbə tədbirlərində 945 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 18 Mart 2026 09:33 (UTC +04:00)
İranda ilaxır çərşənbə tədbirlərində 945 nəfər xəsarət alıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranda ilaxır çərşənbə günündə qeyd olunan bayram tədbirlərində 2 nəfər ölüb, 945 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sədri Cəfər Miadfər yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, ötən ilin analoji günü ilə müqayisədə ölənlərin sayı 90%, yaralıların sayı 70% azalıb.

Miadfər bildirib ki, xəsarət alanlar arasında 40 nəfərin bədən üzvü kəsilib, 240 nəfər göz nahiyəsindən xəsarət alıb və 200 nəfərdə yanıq halları qeydə alınıb.

Təşkilat rəsmisi deyib ki, ən çox xəsarət alanlar Şərqi Azərbaycan vilayəti, Qərbi Azərbaycan vilayəti və Ərdəbil vilayətlərində qeydə alınıb.

Qeyd edək ki, İranda Novruz bayramı ilə əlaqədar çərşənbələrdə tonqalların qalanmasında təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət olunmur və küstar üsulla pirotexniki vasitələr hazırlanır və istifadə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti