...

Azərbaycanda “Tədbir davamlılığının idarəetmə sistemləri" üzrə dövlət standartı hazırlanıb

İqtisadiyyat Materials 18 Mart 2026 11:10 (UTC +04:00)
Azərbaycanda “Tədbir davamlılığının idarəetmə sistemləri" üzrə dövlət standartı hazırlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda “AZS ISO 20121:2026 – Tədbir davamlılığının idarəetmə sistemləri” üzrə dövlət standartının təqdimatı keçirilib.

Trend xəbər verir ki, standart WUF13 Azərbaycan Əməliyyat Şirkətinin koordinasiya üzrə baş inzibatçısı Əfqan Mehdiyev tərəfindən təqdim olunub.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən və ölkənin milli standartlaşdırma qurumu olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən “Tədbir davamlılığının idarəetmə sistemləri - Tələblər və istifadə üçün təlimat” dövlət standartının qəbul edilməsi mühüm addımdır.

"Bu standart ölkəmizdə tədbirlərin planlaşdırılması, təşkili və idarə olunması proseslərində davamlılıq prinsiplərinin sistemli şəkildə tətbiqinə xidmət etməklə yanaşı, təşkilatlara tədbirlərin bütün mərhələlərində, yəni planlaşdırmadan icraya və nəticələrin qiymətləndirilməsinədək davamlı idarəetmə yanaşmasını tətbiq etməyə imkan yaradır. Xüsusilə vurğulamaq istərdim ki, sözügedən standart ISO beynəlxalq standartı əsasında hazırlanmış və WUF13 Azərbaycan Əməliyyat Şirkəti ilə birgə əməkdaşlıq nəticəsində qəbul edilib",-- Ə.Mehdiyev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti