...

Azərbaycandan İrana göndərilən növbəti humanitar yardımı daşıyan yük maşınları sərhədi keçib (FOTO/VİDEO) (YENİLƏNİB)

Siyasət Materials 18 Mart 2026 13:48 (UTC +04:00)
Azərbaycandan İrana göndərilən növbəti humanitar yardımı daşıyan yük maşınları sərhədi keçib (FOTO/VİDEO) (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycandan İrana yola salınan növbəti növbəti humanitar yardımı daşıyan yük maşınları Astara dövlət sərhədindən buraxılış məntəqəsindən keçib.

Trend xəbər verir ki, İrana göndərilən humanitar yardıma ümumi həcmi 82 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir.

Bunun 76 tonu ərzaq və qida məhsulları, 4 tonu dərman vasitələri və 2 tonu isə tibbi ləvazimatlardır.

Humanitar yardım 5 yük avtomobili (TIR) vasitəsilə göndərilib.

Qeyd edək ki, Azərbaycan Respublikası tərəfindən göndərilən növbəti humanitar yardımın müşayiət olunması və qarşı tərəfə təqdim edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının, Xarici İşlər Nazirliyinin, Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin rəsmi şəxsləri İran İslam Respublikasına səfərə yola düşüblər.

xxx
09:39

Prezident İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə 2026-cı il 18 mart tarixində İrana növbəti humanitar yardım yola salınıb.

Trend xəbər verir ki, budəfəki humanitar yardımın ümumi həcmi 82 ton təşkil edir. Yardıma 76 ton ərzaq və qida məhsulları, 4 ton dərman vasitələri, həmçinin 2 ton tibbi ləvazimatlar daxildir.

Humanitar yardım 5 yük avtomobili (TIR) vasitəsilə göndərilir.

xxx
09:40

Prezident İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə 2026-cı il 18 mart tarixində İrana növbəti humanitar yardım yola salınır.

Trend xəbər verir ki, humanitar yardıma ümumi həcmi 82 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir.

Bundan 76 ton ərzaq və qida məhsulları, 4 ton həcmində dərman vasitələri və 2 ton həcmində isə tibbi ləvazimatlar daxildir.

Humanitar yardım 5 yük avtomobili (TIR) vasitəsilə göndərilir.

Humanitar yardımın Novruz bayramı ərəfəsində göndərilməsi nəzərə alınaraq, yük avtomobillərinə müvafiq Novruz sovqatı və bayram məhsulları da əlavə olunub.

Qeyd edək ki, bundan əvvəl martın 10-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq İrana 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600 kq-a yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimatlar göndərilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti