...

AFFA baş katibinin müşaviri "Barselona" – "Nyukasl" oyununa təyinat alıb

İdman Materials 18 Mart 2026 11:12 (UTC +04:00)
AFFA baş katibinin müşaviri "Barselona" – "Nyukasl" oyununa təyinat alıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibinin müşaviri Frank De Blekere UEFA-dan təyinat alıb.

Trend AFFA-ya istinadən xəbər verir ki. o, Çempionlar Liqasının 1/8 final mərhələsinin "Barselona" (İspaniya) – "Nyukasl" (İngiltərə) oyununun hakim-inspektoru olacaq.

Bu gün Barselonanın "Nou Kamp" stadionunda təşkil olunacaq qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, "Barselona" – "Nyukasl" oyunu Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti