...

İsrail HƏMAS komandirini zərərsizləşdirib (VİDEO)

Dünya xəbərləri Materials 18 Mart 2026 12:27 (UTC +04:00)
İsrail HƏMAS komandirini zərərsizləşdirib (VİDEO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail ordusu Qəzza zolağında HƏMAS hərəkatının komandirlərindən birini zərərsizləşdirib.

Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Hava zərbəsi nəticəsində hərəkatın maddi-texniki təchizat (logistika) bölməsində komandir olan Yəhya Əbu Ləbdanin öldürüldüyü bildirilir.

IDF-in bildirdiyinə görə, Əbu Ləbda HƏMAS-ın hərbi qanadının hərbi avadanlıqlar və silahlarla təchizatına, eləcə də nəqliyyat məsələlərinə cavabdeh idi.

“Əbu Ləbda HƏMAS-ın istehsal müəssisələrinə dəstək məqsədilə raket istehsalına lazım olan tonlarla xammalın və yüksək texnologiyaları elektron komponentlərin daşınmasına rəhbərlik edib”, -deyə IDF-in məlumatında qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti