...

Vətəndaşlar işəgötürənin hesabına icbari tibbi müayinədən keçiriləcəklər

Cəmiyyət Materials 18 Mart 2026 10:00 (UTC +04:00)
Vətəndaşlar işəgötürənin hesabına icbari tibbi müayinədən keçiriləcəklər
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Vətəndaşlar əsaslı şübhələr yarandığı halda, işəgötürənin hesabına icbari tibbi müayinədən keçiriləcəklər.

Trend-in məlumatına görə, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən videokonfrans formatında iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi ilə bağlı işçilərlə əmək müqaviləsi bağlanılarkən onların ilkin tibbi müayinədən (tibbi yoxlamadan), sonralar isə vaxtaşırı, habelə əmək funksiyasını yerinə yetirməsi zamanı davranışında insan psixikasına təsir göstərən maddənin təsiri altında olmasına əsaslı şübhələr yarandığı halda əsaslandırılmaqla dərhal tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi işəgötürənin hesabına təmin edilməlidir.

Həmin şəxslər tibbi müayinədən (tibbi yoxlamadan) “Narkoloji xidmət və nəzarət haqqında” Qanuna uyğun olaraq keçəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti