Bakı. Trend:
İrandakı müharibənin Ukraynadakı vəziyyətə təsiri ilə bağlı bədgümanam.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "BBC"yə verdiyi müsahibədə deyib.
Ukrayna lideri hesab edir ki, İranla bağlı davam edən eskalasiyalar Rusiya-Ukrayna müharibəsini kölgədə qoyur.
“Bu müharibənin Ukraynadakı vəziyyətə təsiri ilə bağlı məndə çox pis bədgümanlar var. Təəsüflər olsun ki, indi Ukraynadan daha çox Yaxın Şərq ABŞ-nin nəzər nöqtəsindədir. Buna görə, özünüz də görürsünüz ki, diplomatik görüşlərimiz, üçtərəfli danışıqlarımız mütəmadi olaraq təxirə salınır. Səbəb isə sadədir — İranda gedən müharibə”, - deyə Zelenski bildirib.
Onun sözlərinə görə, son günlər ABŞ Prezidenti Donald Tramp diqqətini İrana yönəldib, lakin Ukrayna, ABŞ və Rusiya danışıqları üzrə qruplar öz aralarında əlaqəni davam etdirirlər.
Zelenskinin sözlərinə görə, növbəti görüş hələ də sual altındadır, çünki, Rusiya tərəfi onun ABŞ-də keçirilməsinə qarşıdır.
