Bakı.Trend:
Ötən gün Azərbaycanda Torpaq çərşənbəsi qeyd edilib. İnsanlar müxtəlif ərazilərdə tonqal qalayaraq ətrafına toplaşıb, çərşənbəni qeyd ediblər. Bununla yanaşı bəzi tonqallar yanğın hadisəsinə də səbəb olub.
Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, 17.03.2026-cı il tarixində çərşənbə tonqalı ilə bağlı 7 yanğın hadisəsinə çıxış olub.
Nazirlikdən qeyd edilib ki, yanğınlar Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qəsa müddətdə söndürülərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb.
