...

İran XİN rəhbəri Xameneinin vəziyyəti ilə bağlı danışıb

Dünya xəbərləri Materials 18 Mart 2026 11:27 (UTC +04:00)
İran XİN rəhbəri Xameneinin vəziyyəti ilə bağlı danışıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın Xarici İşlər Naziri Abbas Əraqçi ölkənin yeni Ali Lideri Müctəba Xameneinin yaralanmasından sonrakı vəziyyəti barədə açıqlama verib.

Trend xəbər verir ki, iranlı nazir “Al-Jazeera” telekanalına verdiyi müsahibədə Xameneinin tam sağlam olduğunu diqqətə çatdırıb.

İranlı nazirin sözlərinə görə, respublikanın yeni Ali Lideri sadəcə yüngül xəsarətlər alıb. Pentaqon isə bundan əvvəl Xameneinin zərbə nəticəsində ağır xəsarətlər ala biləcəyini bildirmişdi.

“Ali Lider yalnız yüngül xəsarətlər alıb, o, tam sağlamdır və vəziyyətə nəzarət edir”, - deyə Əraqçi bildirib

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğu bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti