...

Qazaxıstanda transmilli narkotik şəbəkəsi ifşa edilib: 40 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 18 Mart 2026 10:53 (UTC +04:00)
Qazaxıstanda transmilli narkotik şəbəkəsi ifşa edilib: 40 nəfər saxlanılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən müasir İT texnologiyalarından istifadə olunmaqla vətəndaşların narkotik cinayət fəaliyyətinə cəlb edilməsinə yönəlmiş transmilli sxemin qarşısının alınması məqsədilə genişmiqyaslı xüsusi əməliyyat keçirilib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Araşdırma nəticəsində müəyyən edilib ki, cinayətkar şəbəkənin təşkilatçıları ölkə hüdudlarından kənarda yerləşərək internet resursları, messencerlər və sosial şəbəkələr vasitəsilə “yüksək maaşlı iş” barədə elanlar yayıblar.

Qanuni məşğulluq adı altında vətəndaşlar faktiki olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak üçün cəlb ediliblər.

Birgə əməliyyat nəticəsində ölkənin 11 regionunda Qazaxıstan Respublikasının 40 vətəndaşı saxlanılıb. Narkotik vasitələrin gizli yerləşdirilməsi ilə birbaşa məşğul olan 11 nəfər həbs edilib. Daha 9 nəfər narkotik vasitələrdən istifadə etdiklərinə görə inzibati məsuliyyətə cəlb olunaraq 10 gün müddətinə həbs ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti