Bakı. Trend:
İsrail ordusu "Hizbullah"ın raket barajına cavab olaraq gecə ərzində Livanın Sur şəhərində qruplaşmaya aid silah-sursat anbarlarına və komanda mərkəzlərinə zərbələr endirib.
Trend “Times of Israel” ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
Eyni zamanda paytaxt Beyrutda "Hizbullah"a aid strateji obyektlər və əməliyyatlara hədəflənmiş zərbələr həyata keçirilib.
İDF bildirir ki, "Hizbullah" Sur şəhərində obyektləri qəsdən mülki əhalinin məskunlaşdığı zonada yerləşdirmişdi.
