...

Azərbaycan nefti ucuzlaşıb

Energetika Materials 18 Mart 2026 09:36 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 1,03 ABŞ dolları və ya 0,94% ucuzlaşaraq 108,16 ABŞ dollarına enib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,01 dollar və ya 0,96% ucuzlaşaraq 104,30 ABŞ dolları təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,06 dollar və ya 0,08% azalaraq 70,94 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,39 dollar və ya 0,38% azalaraq 103,31 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.

Xəbər lenti

Xəbər lenti