...

Ermənistan iqtisadiyyatına ağır zərbə dəyə bilər - Papoyan

Dünya xəbərləri Materials 18 Mart 2026 14:29 (UTC +04:00)
Ermənistan iqtisadiyyatına ağır zərbə dəyə bilər - Papoyan
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İrandan Ermənistana malların tədarükü davam etsə də, onların maya dəyəri artıb.

Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın İqtisadiyyat Naziri Qevorq Papoyan bildirib.

Onun sözlərinə görə, İran məhsullarının münasib qiymətə idxalı dayandırılmayıb, lakin bahalaşma bir sıra amillərlə bağlıdır: bəzi hallarda yükdaşıma tarifləri artıb, digər hallarda isə İran müəssisələri iş rejimini məhdudlaşdırır.

Nazir qeyd edib ki, bu vəziyyət yalnız idxal olunan malların deyil, həm də İran xammalından istifadə etməklə Ermənistanda istehsal olunan məhsulların qiymətlərinin bahalaşmasına səbəb ola bilər.

“Yüksək səviyyəli siyasi xadimlərin bəyanatlarına əsasən, müharibənin yaxın zamanda başa çatacağına ümid etməyə əsas var və elə olan halda neqativ gözləntilər aşağı düşəcək”,- deyə Papoyan bildirib.

Papoyan əks təqdirdə, yəni Yaxın Şərqdəki münaqişəsinin uzanacağı Ermənistan iqtisadiyyatına ağır zərbə dəyəcəyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti