Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 406,6 kiloqram qızıl hasil olunub.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Komitənin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə qızıl hasilatı 71,7 kiloqram və ya 15 faiz azalıb.
Cari ilin mart ayının 1-ə olan vəziyyətə görə ölkədə hazır qızıl ehtiyatlarının həcmi 140 kiloqram təşkil edib.
Eyni zamanda 2026-cı ilin ilk iki ayında ölkədə 681,4 kiloqram gümüş hasil olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 95,2 kiloqram və ya 12,3 faiz azdır.
Bu ilin martın 1-ə olan vəziyyətə görə ölkədə hazır gümüş ehtiyatlarının həcmi 522,7 kiloqram təşkil edir.
Qeyd edək ki, hesabat dövründə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 5,2 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,3 faiz artıb.
