...

Yanvar-fevral aylarında dəniz nəqliyyatında daşınmış yüklərin həcmi açıqlanıb

İqtisadiyyat Materials 18 Mart 2026 16:39 (UTC +04:00)
Yanvar-fevral aylarında dəniz nəqliyyatında daşınmış yüklərin həcmi açıqlanıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

2026-cı ilin yanvar-fevral aylarında dəniz nəqliyyatında daşınmış yüklərin 50,6 faizini neft yükləri təşkil edib.

Trend-in məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin açıqladığı 2026-cı ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.

Hesabata əsasən, dəniz limanları tərəfindən 1777,0 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 1457,7 min tonunu (82,0 faiz) tranzit yüklər təşkil edib.

2026-cı il mart ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 20,6 min ton olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti