Bakı. Trend:
2026-cı il mart ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 250,3 min nəfər olub.
Trend-in məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin açıqladığı 2026-cı ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.
Bildirilib ki, onların 51,7 faizini qadınlar təşkil edib.
İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 460,9 manat olub.
