Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliklərinin Hava Hücumlarından Müdafiə sistemləri gün ərzində İrandan buraxılmış 13 ballistik raketi və 27 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.
Trend xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirir ki, İran müharibəsinin başladığı gündən (28 fevral) etibarən Birləşmiş Ərəb Əmirliklərinə hədəflənmiş 327 ballistik raket, 15 qanadlı raket, 1669 dron məhv edilib və ya ələ keçirilib.
Bu müddə ərzində 6 nəfər həyatını itirib. Onlardan ikisi BƏƏ hərbçisi altısı mülki şəxs olub. Ümumi yaralı sayı 158 nəfər təşkil edir.
