...

Fransa hansı şərtlə Hörmüzdə təhlükəsiziyi təmin etməyə hazır olduğunu açıqlayıb

Dünya xəbərləri Materials 18 Mart 2026 17:43 (UTC +04:00)
Fransa hansı şərtlə Hörmüzdə təhlükəsiziyi təmin etməyə hazır olduğunu açıqlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Paris yalnız İranla bağlı münaqişənin səngiməsindən sonra sonra Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsində iştirak etməyə hazırdır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa İqtisadiyyat və Maliyyə naziri Roland Leskür bəyan edib.

“Vəziyyətin daha hərbi xarakter daşımayacağ şərtilə hörmüz boğazının azad edilməsi üçün nələrsə etmək istəyirik. Nə qədər ki, başın üzərində raketlərin və dronların uçması risk var, heç kim Hörmüz boğazını keçmək istəməz ”, – o CNBC telekanalına müsahibəsində bildirib.

Leskürün sözlərinə görə, hazırda vacib olan münaqişənin de-eskalasiyasıdır və Hörmüz boğazında təhlükəsizliyin təmin olunması barədə yalnız münaqişənin səngiməzindən sonra düşünmək lazımdır.

“Biz bunu necə etmək lazım olduğunu bilirik, amma bunu müharibə şəraitində etməyəcəyik. Bu, insanların özlərini təhlükəsiz hiss etdiyi sülh şəraitində edilməlidir”, – nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti