...

İtaliya Azərbaycandan neft idxalını artırıb

Energetika Materials 18 Mart 2026 17:17 (UTC +04:00)
İtaliya Azərbaycandan neft idxalını artırıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan İtaliyaya 1,142 milyard ABŞ dolları dəyərində 2,428 milyon ton bitumlu süxurlardan əldə edilmiş xam neft və neft məhsulları ixrac olunub.

Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici pul ifadəsində 224 milyon dollar (16,4 faiz) az, həcm baxımından isə 12 min tondan (0,5 faiz) çoxdur.

Ötən ilin yanvar-fevral aylarında Azərbaycandan İtaliyaya 1,366 milyon dollar dəyərində 2,416 milyon ton bitumlu süxurlarından əldə edilmiş neft və neft məhsulları ixrac olunmuşdu.

Hesabat dövrü ərzində İtaliya Azərbaycandan ən çox neft idxal edən ölkələr sırasında lider olub.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə ticarət əməliyyatlarını 6,264 milyard ABŞ dolları məbləğində həyata keçirib. Bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 2,64 milyard dollar və ya 29,6% azdır.

Xarici ticarətin ümumi həcmindən 3,665 milyard dolları ixrac, 2,599 milyard dolları isə idxal təşkil edib. Son bir il ərzində ixrac 1,102 milyard dollar və ya 23% azalıb, idxal isə 1,539 milyard dollar və ya 37,2% azalıb.

Nəticədə, xarici ticarət 933,6 milyon dollar müsbət saldo ilə yekunlaşıb ki, bu da ötən illə müqayisədə 52,4 milyon dollar və ya 5,3% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti