...

Azərbaycanda təbii qaz hasilatı artıb

Energetika Materials 18 Mart 2026 18:47 (UTC +04:00)
Azərbaycanda təbii qaz hasilatı artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında Azərbaycanda 8,187 milyard kubmetr təbii qaz hasil olunub.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Məlumata görə, hasilat həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 182 milyon kubmetr vəya 2,3 faiz artıb

2025-ci ilin yanvar-fevral aylarında neft hasilatı 8,006 milyard kubmetr təşkil etmişdi.

Hesabat dövründə 6,497 milyard kubmetr əmtəəlik təbii qaz hasil olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 187 milyon kubmetr və ya 3% çoxdur.

Ötən ilin yanvar–fevral aylarında 6,310 milyard kubmetr əmtəəlik təbii qaz hasil edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti