Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 716 ədəd minik avtomobili istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövründəki göstəriciyə nisbətən 1 249 ədəd və ya 53,3% çoxdur.
Cari ilin martın 1-nə ölkədə hazır məhsul ehtiyatı 215 ədəd təşkil edib.
Eyni zamanda, hesabat dövründə ölkədə 134 ədəd yük avtomobili istehsal edilib ki, bu da 2025-ci ilin yanvar-fevral aylarındakı göstərici ilə müqayisədə 122 ədəd və yaxud 11,2 dəfə çoxdur.
Bu ilin martın 1-nə hazır məhsul ehtiyatı 19 ədəd təşkil edib.
Qeyd edək ki, maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2026-сı ilin yanvar-fevral aylarında 70,8 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,7 dəfə artıb, maşın və avadanlıqların istehsalı isə 20 faiz azalıb.
