...

Azərbaycanda yanvarda neçə əkiz uşaq doğulub?

Cəmiyyət Materials 18 Mart 2026 16:29 (UTC +04:00)
Azərbaycanda yanvarda neçə əkiz uşaq doğulub?
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bu ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 7788 doğulan körpə qeydə alınıb və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,9-dan 8,9-a düşüb.

Trend-in məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin açıqladığı 2026-cı ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.

Hesabata əsasən, doğulan körpələrin 54,2 faizi oğlan uşaqları, 45,8 faizi isə qız uşaqları olub. Körpələrin 286-sı əkiz doğulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti