Bakı. Trend:
Ölkə əhalisinin sayı ilin əvvəlindən 1 689 nəfər və ya 0,02 faiz artaraq 2026-cı il fevral ayının 1-i vəziyyətinə 10 264 040 nəfərə çatıb.
Trend-in məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin açıqladığı 2026-cı ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.
Bildirilib ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
