Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 4,347 milyard kilovat-saat (kVt/saat) elektrik enerjisi istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2025-ci eyni aylarındakı göstərici ilə müqayisədə 237,1 milyon kVt/saat və ya 5,2% azdır.
Eyni zamanda istehsal edilmiş elektrik enerjisinin 4,212 milyard kVt/saatını əmtəəlik elektrik enerjisi təşkil edib ki, bu da 2025-ci ilin eyni aylarındakı göstərici ilə müqayisədə 216 milyon kVt/saat və ya 4,9% azalma deməkdir.
Ümumilikdə, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2026-сı ilin yanvar-fevral aylarında 671,6 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 93,4 milyon manat təşkil edib.
