Bakı. Trend:
İsveçin Xarici İşlər Naziri İranda İsveç vətəndaşının edam olunduğunu bildirib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Bu gün İranın bir İsveç vətəndaşını edam etməsi barədə məlumat əldə etmişəm, bununla bağlı dərin narahatlıq hissi keçirirəm”, - Xarici İşlər naziri Maria Malmer Stenerqard bildirib.
Nazirin çıxınında və ya İsveç XİN açıqlamasında həmin şəxsin kimliyi barədə məlumat verilməyib. Bildirilir ki, edam olunmuş İsveç vətəndaşı ötən ilin iyun ayında İranda həbs olunmuşdu.
“Ölüm cəzası qeyri-insani, qəddar və geri dönməz bir cəzadır. İsveç, Avropa İttifaqı ilə birlikdə, bütün hallarda onun tətbiqini pisləyir”, - Stenerqard bildirib.
