Bakı.Trend:
2026-cı ilin yanvar ayında ölkəyə 6774 ədəd minik avtomobili, 569 ədəd yük avtomobili, 189 ədəd avtobus idxal olunub.
Trend-in məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin açıqladığı 2026-cı ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.
Hesabata əsasən, idxal olunan malların 62,4 faizini avtomobil, 13,6 faizini dəmir yolu, 12,4 faizini dəniz, 10,7 faizini hava, 0,7 faizini digər daşınma vasitələri ilə gətirilib, 0,2 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib.
İxracın 53,1 faizini İtaliyaya, 12,0 faizini Türkiyəyə, 4,3 faizini Rumıniyaya, 3,8 faizini Bolqarıstana, 3,6 faizini Rusiyaya, 3,1 faizini Gürcüstana, 2,2 faizini Almaniyaya, 2,1 faizini Yunanıstana, 2,0 faizini Portuqaliyaya, 1,8 faizini Xorvatiyaya, hər biri 1,7 faiz olmaqla Çexiya və İsveçrəyə, 1,5 faizini Suriyaya, 1,3 faizini Tunisə, 0,8 faizini İndoneziyaya, 0,7 faizini Ukraynaya, 0,6 faizini Serbiyaya, hər biri 0,5 faiz olmaqla Qazaxıstan və Çinə, hər biri 0,3 faiz olmaqla ABŞ, Əfqanıstan və Belarusa, 1,8 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
