...

Azərbaycanın xarici dövlət borcu azalıb

İqtisadiyyat Materials 18 Mart 2026 17:02 (UTC +04:00)
Azərbaycanın xarici dövlət borcu azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin martın 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 728 milyon ABŞ dolları təşkil edib.

Trend bu barədə Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir.

Məlumata görə, bu, ötən il martın 1-i ilə müqayisədə müqayisədə 7,3% azdır.

Eyni zamanda komitə xatırladır ki, ölkənin strateji valyuta ehtiyatları 2026-cı il mart ayının 1-nə 90 milyard 667,7 milyon ABŞ dollarına çatıb və xarici dövlət borcunu 19,2 dəfə üstələyib.

DSK əlavə edib ki, Mərkəzi Bankın məlumatlarına görə, 2026-cı il fevral ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 31 milyard 863,7 milyon manat təşkil etmiş, onun 26 milyard 171,6 milyon manatı uzunmüddətli kreditlər olub. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 1,7 faizini təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti