Bakı. Trend:
Cari ilin yanvar-fevral aylarında Azərbaycandan Almaniyaya 65,3 milyon ABŞ dolları dəyərində bitumu süxurlardan əldə edilmiş 154,7 min ton neft və neft məhsulları ixrac olunub.
Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.
Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 211,3 milyon ABŞ dolları və ya 76,4 faiz, həcm baxımından isə 342,6 min ton və ya 68,2 faiz azdır.
Ötən ilin yanvar-fevral aylarında Azərbaycandan Almaniyaya 276,6 milyon ABŞ dolları dəyərində 500 min ton bitumlu süxurlardan əldə edilmiş neft və neft məhsulları ixrac olunub.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə ticarət əməliyyatlarını 6,264 milyard ABŞ dolları məbləğində həyata keçirib. Bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 2,64 milyard dollar və ya 29,6% azdır.
Xarici ticarətin ümumi həcmindən 3,665 milyard dolları ixrac, 2,599 milyard dolları isə idxal təşkil edib. Son bir il ərzində ixrac 1,102 milyard dollar və ya 23% azalıb, idxal isə 1,539 milyard dollar və ya 37,2% azalıb.
Nəticədə, xarici ticarət 933,6 milyon dollar müsbət saldo ilə yekunlaşıb ki, bu da ötən illə müqayisədə 52,4 milyon dollar və ya 5,3% azdır.
