...

İngiltərədə daha 5 nəfərdə meningit xəstəliyi aşkarlanıb

Dünya xəbərləri Materials 18 Mart 2026 19:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərənin Kent qraflığında daha 5 nəfərdə meningit xəstəliyi aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiqlənən məlumatlara görə, bununla da ölkədə meningitə tutulanların sayı 20-yə çatıb.

Qeyd edək ki, bu xəstəlik səbəbindən artıq 2 nəfərin həyatını itirdiyi bildirilir. Səlahiyyətli qurumlar Kent Universitetində peyvənd proqramının həyata keçirilməsinə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti