...

İran və Yaponiya xarici işlər nazirləri regiondakı vəziyyəti müzakirə ediblər

Dünya xəbərləri Materials 18 Mart 2026 17:00 (UTC +04:00)
İran və Yaponiya xarici işlər nazirləri regiondakı vəziyyəti müzakirə ediblər
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran xarici işlər naziri Seyid Abbas Əraqçi və Yaponiya xarici işlər naziri Toşimitsu Motegi regiondakı son vəziyyəti və hərbi eskalasiyanı müzakirə ediblər.

Bu barədə Trend İran XİN-ə istinadən məlumat verib.

Məlumata görə, iki ölkə xarici işlər nazirləri arasında baş tutan telefon söhbətində iranlı nazir qeyd edib ki, İran ABŞ və İsrailin hərbi hava hücumları qarşısında özünün müdafiəsini davam etdirəcək.

Əraqçi bildirib ki, Hörmüz boğazında yaranan mövcud vəziyyət ABŞ və İsrailin İrana hərbi hava hücumlarının nəticəsidir.

Əraqçi deyib ki, Hörmüz boğazının açılması ilə əlaqədar ABŞ tərəfi digər ölkələrin addımlar atmalarını istəyir. Həmin ölkələrin hər hansı addımı müharibəyə qoşulması mənasını daşıyacaq.

Telefon söhbətində Yaponiya xarici işlər naziri Toşimitsu Motegi Yaponiya və İran arasında təmaslar və məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini qeyd edib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğu bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti