Bakı. Trend:
2026-cı ilin yanvar ayında nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 1049,4 min ton, dəniz nəqliyyatı ilə 385,3 min ton və avtomobil nəqliyyatı ilə 908,0 min ton yük daşınıb.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bildirilib ki, hesabat ayında nəqliyyat dəhlizlərində strukturunda dəmir yolu nəqliyyatı ilə yük daşımaları 44,8%, dəniz nəqliyyatı ilə yük daşımaları 16,4%, avtomobil nəqliyyatı ilə isə bu göstərici 38,8% paya malik olub.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə yük daşımaları 20%, dəniz nəqliyyatı ilə 1,8 dəfə azalıb, avtomobil nəqliyyatı ilə isə 10,8% artıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 1312,1 min ton, dəniz nəqliyyatı ilə 688,7 min ton və avtomobil nəqliyyatı ilə 819,5 min ton yük daşınıb.
