...

Son iki ayda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

İqtisadiyyat Materials 18 Mart 2026 16:45 (UTC +04:00)
Son iki ayda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

2026-cı ilin yanvar-fevral aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,9 faiz artaraq 2534,2 milyon manat olub.

Trend-in məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin açıqladığı 2026-cı ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.

Hesabata əsasən, hüquqi şəxslər tərəfindən əhaliyə 1938,4 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 76,5 faizini təşkil edib.

2026-cı ilin yanvar-fevral aylarında hər bir ölkə sakini orta hesabla 246,9 manatlıq və ya 2025-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 31,6 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti