Bakı.Trend:
Dövlət və xüsusi mülkiyyətə aid torpaq sahələrinin ayrılması və tikinti altına düşən torpaq sahələri üzrə mülkiyyətçilərə dəyən zərərin kompensasiyasının hesablanması üçün qiymətləndirmə xidməti üzrə tender elan edilib.
Trend xəbər verir ki, tender “Tikilməkdə olan obyektlərin müdiriyyəti” publik hüquqi şəxsi tərəfindən elan edilib.
Publik hüquqi şəxs tərəfindən layihə çərçivəsində görüləcək işlər müqabilində 16.992,00 manat ödəniləcək. Layihə üçün təkliflərin son təqdim olunma tarixi 20.04.2026 15:00-dək dir.
Layihə çərçivəsində aşağıdakı qiymətləndirmə işləri aparılacaq:
• Böyükşor Tullantı Sutəmizləyici Qurğusunun tikintisi layihəsi çərçivəsində tikinti altına düşən torpaq sahələri (xüsusi mülkiyyət) – 1 sahə
• Salyan şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı layihə üzrə (xüsusi mülkiyyət) – 3 sahə
• Eyni layihə çərçivəsində (bələdiyyə mülkiyyəti) – 14 sahə
• Xaçmaz rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması layihəsi üzrə (xüsusi mülkiyyət) – 3 sahə
• Eyni layihə çərçivəsində (bələdiyyə mülkiyyəti) – 22 sahə
