...

Avropa İttifaqı Ukraynaya maliyyə yardımı üzrə razılığa gələ bilmir

Dünya xəbərləri Materials 18 Mart 2026 19:34 (UTC +04:00)
Avropa İttifaqı Ukraynaya maliyyə yardımı üzrə razılığa gələ bilmir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı Ukraynaynaya 90 milyon avroluq kreditin ayrılması razılaşdırılması ilə bağlı qeyri-müəyyənlik var.

Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.

Sammit ərəfəsində Avropa İttifaqı hətta razılaşdırma proseduru ilə bağlı da ortaq mövqe müəyyənləşdirə bilməyib.

“Politico” yazır ki, Macarıstan və Slovakiyanın veto qoyacağı təqdirdə Aİ Ukrayna üçün nəzərdə tutulan vəsaiti ittifaqın bütün üzvlərinin razılığını tələb etməyən ikitərəfli kreditlər formatında təqdim etməyi planlaşdırır.

Belə ki, Aİ Kiyevə 30 milyard avro ayırmağı nəzərdə tutur. Həmçinin iqtisadiyyat üzrə avrokomissar Valdis Dombrovskis bildirib ki, Aİ Budapeştin vetosuna baxmayaraq, bu və ya digər şəkildə Ukraynaya 90 milyard avro kredit təqdim edəcək.

Bundan əvvəl Polşanın sabiq baş naziri Leşek Miller X sosial şəbəkəsində bildirib ki, əgər Avropa İttifaqı Ukraynaya 90 milyard avro kreditin verilməsi ilə bağlı Macarıstanın vetosunu yan keçərsə, bu, “sərf etməyən qanundan yan keçmənin mümkünlüyü” anlamına gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti