...

“X” sosial şəbəkəsində genişmiqyaslı giriş problemi yaranıb

Dünya xəbərləri Materials 18 Mart 2026 21:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Martın 18-də “X” sosial şəbəkəsinin fəaliyyətində ciddi nasazlıq qeydə alınıb.

Trend xəbər verir ki, istifadəçilər həm mobil tətbiqdə, həm də veb versiyada platformaya daxil olmaqda çətinliklərlə üzləşiblər.

Məlumata görə, istifadəçilər hesaba giriş zamanı “profil məlumatlarına daxil olmaq mümkün deyil” xəbərdarlığı ilə qarşılaşıblar. Problemlərin yalnız əsas səhifə ilə məhdudlaşmadığı, eyni zamanda mesajlar və bildirişlər bölməsində də nasazlıqların müşahidə olunduğu bildirilir.

Baş verən texniki çətinliklər fasilələri real vaxtda izləyən “Downdetector” platformasının statistikasında da əksini tapıb. Qısa müddətdə çoxsaylı istifadəçi tərəfindən xəta bildirişləri göndərilib və nasazlığın xüsusilə mobil tətbiqdə daha geniş yayıldığı qeyd olunub.

Hazırda platformanın sahibi İlon Maskın rəhbərlik etdiyi “X” tərəfindən rəsmi açıqlama verilməyib. Problemin texniki infrastrukturla bağlı olduğu ehtimal edilir.

Xəbər lenti

Xəbər lenti