Bakı. Trend:
“Meta” şirkəti Böyük Britaniyada qeyri-qanuni maliyyə reklamlarını dayandırmaq vədini yerinə yetirə bilməyib.
Trend bu barədə ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, ABŞ-nin texnologiya nəhəngi “Meta”nın platformalarında yüksəkriskli maliyyə məhsulları ilə bağlı qanunsuz reklamların yayımlanmasının qarşısını almaq öhdəliyinə baxmayaraq bu istiqamətdə ciddi pozuntulara yol verildiyi müəyyən edilib.
Araşdırmalara əsasən, bu reklamların 56 faizi daha əvvəl FCA tərəfindən “Meta”ya bildirilib, lakin buna baxmayaraq fəaliyyətini davam etdirən icazəsiz reklamverənlərə məxsus olub.
