Bakı. Trend:
Rusiyada arağın qiyməti kəskin bahalaşıb. 2026‑cı ilin fevralında arağın orta pərakəndə satış qiyməti litr üzrə 948,48 rubl (təxminən 20,39 AZN) təşkil edib.
Trend bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.
Yanvar ayının göstəriciləri ilə müqayisədə arağın qiyməti 2,4 % artıb, 2025‑ci ilin fevralı ilə müqayisədə isə 16,08 % bahalaşıb.
Digər spirtli içkilərin qiymətləri bir qədər az artıb:
pivənin litr qiyməti 208,29 rubl (4,48 AZN) — illik artım 14,96 %
çaxır — 963,48 rubl (20,73 AZN) — 12,6 %
konyak — 1,700 rubl (≈ 36,55 AZN) — 10,09 %.
Bazar iştirakçıları Rusiya arağının qiymətinin artmasının əsas səbəbləri kimi spirt üzrə aksizlərin yüksəldilməsini, minimal pərakəndə satış qiymətinin və istehsal dəyərinin artmasını göstərirlər.
