Bakı. Trend:
Ekvador və Kolumbiya hakimiyyəti, Ekvador hərbçiləri tərəfindən atıldığı ehtimal edilən sursatın Kolumbiya ərazisində peyda olmasının səbəblərini müəyyən etmək üçün komissiya yaradılması barədə razılığa gəliblər.
Trend xəbər verir ki, bu barədə Ekvador Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilir ki, qarşılıqlı razılaşma əsasında partlayıcı qurğunun Kolumbiya ərazisində peyda olmasının səbəblərini yerində araşdırmaq üçün ikitərəfli texniki komissiya yaradılıb.
Bundan əlavə, Ekvador Müdafiə Nazirliyi qeyd edib ki, nazir Cankarlo Loffredo hadisəni müzakirə etmək məqsədilə Kolumbiya hərbi rəhbərliyinin nümayəndələri ilə görüş keçirib.
